50 dən artıq saxta sosial media hesabı olan Fuad Hüseynov HƏBS OLUNDU
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloger adı altında hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş “Regionxeber” və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial media hesablarını və səhifələri idarə edən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. (Qafqazinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:277
Bu xəbər 24 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















