Icma.az
close
up
RU
50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi

50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır. 

Bəs hazırda ölkəmizdə daşınmaz əmlakların sığortalanmasına maraq necədir?

Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ölkə daşınmaz əmlakın sığortalanmasına maraq tamamilə zəif deyil, kifayət qədər vətəndaş əmlakını sığortalayır.

"Lakin sığorta prosesinin özü və sığorta olunduqdan sonra sığorta hüququnun real tətbiqinə inam yüksək deyil. Ümumiyyətlə, ölkəmizdə sığorta sistemi Qərbi Avropa ölkələrində olduğu səviyyədə inkişaf etməyib və vətəndaşlarda belə bir fikir formalaşıb ki, sığorta yalnız ona qarşı formal tələb olduqda vacib sayılır. Bu, istər məcburi, istərsə də könüllü sığortaya aiddir. Bu baxımdan sığorta bazarında müəyyən islahatların aparılmasına ehtiyac var ki, vətəndaşlara sığortanın əhəmiyyəti, dəyəri və vacibliyi izah olunsun. Çünki bir çox hallarda, istər təbii fəlakətlər zamanı, istər yanğın hadisələrində, istərsə də daşınmaz əmlaka hər hansı zərər dəydikdə sığortanın mövcudluğu son dərəcə vacib məsələdir".

V. Oruc qeyd edib ki, hazırda məcburi sığorta üzrə maksimum 25 000 manat ödəniş nəzərdə tutulur.

"Yəni 50 manat sığorta haqqı qarşılığında 25 000 manat kompensasiyanın veriləcəyinə vətəndaşların inamı azdır. Bu səbəbdən düşünürəm ki, sığorta məbləğləri evlərin deyil, ümumilikdə bütün daşınmaz əmlak növlərinin real dəyərinə uyğun müəyyənləşdirilməlidir. Qiymətləndirici mülkləri, mənzilləri və qeyri-yaşayış obyektlərini qiymətləndirib onların dəyərini müəyyən etdikdən sonra müvafiq qaydada sığorta məbləği təyin olunmalıdır. Standart sığorta məbləği vətəndaşlarda bu prosesə inamı möhkəmləndirmir. Məsələn, 500 min manat dəyərində əmlakı olan vətəndaş da, 100 min manatlıq əmlakı olan vətəndaş da icbari sığorta üçün eyni məbləği - 50 manat ödəyirsə, burada məntiqsizlik yaranır. Hesab edirəm ki, vətəndaşlar əmlakın real dəyərinə uyğun sığorta haqqı ödəməlidir ki, sonradan hər hansı hadisə ilə qarşılaşdıqda kifayət qədər sığorta kompensasiyası əldə edə bilsinlər", - deyə sədr qeyd edib.

Ayxan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Fevral 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri