50 milyon bahalaşdı: Liqa 1 in ən bahalı futbolçusu gürcü oldu
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Nüfuzlu “Transfermarkt” saytı Fransa Liqa 1-də çıxış edən oyunçuların qiymətlərini yeniləyib.
Ölkə.az xəbər verir ki, ən böyük dəyər artımı PSJ-nin qanad oyunçusu Xviça Kvaratsxeliyada olub. O, 50 milyon avro bahalaşaraq, hazırda 140 milyon avro dəyərində qiymətləndirilir. Bu, gürcünü liqanın ən bahalı oyunçusu edir. Komanda yoldaşları Vitinya və Joao Neves də 30 milyon avro bahalaşıblar.
PSJ-nin qapıçısı Matvey Safonovun dəyəri 22 milyon avrodan 30 milyon avroya yüksəlib. Rusiyalı qapıçı indi Liqa 1-in ən bahalı qapıçısı titulunu “Lans”ın oyunçusu Robin Risser ilə bölüşür. Bu arada, Safonovun PSJ-dəki rəqibi Lukas Şevalyenin dəyəri 5 milyon avro azalaraq 30 milyon avrodan 25 milyon avroya düşüb.
Xatırladaq ki, şənbə günü PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
2025/26 mövsümündə Fransa çempionatında Paris klubu qızıl medal qazanaraq tarixində 14-cü çempionluq titulunu əldə edib. Kvaratsxeliya 28 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Safonov 15 oyunda 8 dəfə qapısını toxunulmaz saxlayıb və 14 qol buraxıb.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 01 İyun 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















