50 qırıcı Xameneiyə məxsus yeraltı kompleksə zərbə endirib VİDEO
Icma.az, Olke.az saytına istinadən bildirir.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə Tehranın mərkəzində yerləşən və İranın ali lideri Əli Xamenei üçün nəzərdə tutulmuş yeraltı bunkeri məhv edib.
Ölkə.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, bunker fövqəladə vəziyyətlərdə Xameneinin təhlükəsiz idarəetmə mərkəzi kimi istifadə olunmalı idi.
Ordunun mətbuat xidmətinin bildirdiyinə görə, ali ayətullah bundan əvvəl zərərsizləşdirilsə də, bunker daha sonra ölkənin yüksək vəzifəli rəsmiləri tərəfindən istifadə olunurdu.
Qeyd olunur ki, yeraltı kompleks paytaxtın mərkəzində bir neçə küçəni əhatə edir və çoxsaylı girişlərə, həmçinin iclas zallarına malik idi. Bu obyekt İran rəhbərliyinin ən mühüm hərbi-komanda mərkəzlərindən biri hesab olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 06 Mart 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















