50 senator Rusiyanı hədələdi: 500% lik rüsum...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Respublikaçılar və Demokratları təmsil edən 50 senator Ukrayna ilə sülh danışıqlarından imtina edəcəyi təqdirdə Rusiyanı sərt sanksiyalarla hədələyib.
Axar.az xəbər verir ki, bu barədə senatorların birgə bəyanatında qeyd olunub.
Onlar Rusiyadan neft, qaz, uran və digər ehtiyatları alan ölkələrdən idxal olunan mallara 500% rüsum tətbiq etməyi təklif ediblər. Qanun layihəsini respublikaçı Lindsi Qrehem və demokrat Riçard Blumental təqdim edib.
Rusiyaya qarşı birinci və ikinci dərəcəli sanksiyaları dəstəkləyən senatorlar ABŞ lideri Donald Trampın atəşkəslə bağlı məyusluğunu bölüşdüklərini və onun davamlı, ədalətli sülhə nail olmaq istəyini dəstəklədiklərini bildiriblər.
Baxış sayı:130
Bu xəbər 02 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















