Icma.az
close
up
RU
50 yaşdan yuxarı kişilər üçün ŞAD XƏBƏR

50 yaşdan yuxarı kişilər üçün ŞAD XƏBƏR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Sosial media və internetin uşaqlar və gənclərin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini iddia edən çoxsaylı tədqiqatlar mövcuddur. Bununla belə, son araşdırmalar internetin 50 yaşdan yuxarı insanlar üçün əks təsir göstərdiyini də ortaya qoyub.
Elmi jurnallardan biri olan "Nature Human Behaviour"da dərc olunan tədqiqatın nəticələrinə əsasən, internetdən istifadənin 50 yaşdan yuxarı insanların həyat keyfiyyətini artırdığı və depressiya simptomlarını azaltdığı müşahidə edilib.
Bu genişmiqyaslı tədqiqat çərçivəsində 23 ölkədən 87 min 559 nəfərin 6 il ərzində internet istifadəsi vərdişləri izlənilib. Tədqiqatda iştirak edən şəxslərin internetdən istifadə tezliyi və istifadənin məqsədi araşdırılıb. İnternetdən istifadəyə yalnız sosial şəbəkələrdə vaxt keçirmək deyil, eyni zamanda, məlumat axtarmaq, elektron poçt göndərmək, onlayn alış-veriş etmək kimi fəaliyyətlər də daxil edilib.
Bu nəticələr həftədə bir dəfədən az internetə daxil olan iştirakçılar üçün də keçərli olub. Bundan başqa, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdə internetdən daha tez-tez istifadə edən iştirakçılarda psixi sağlamlığı göstəricilərinin daha yüksək olduğu qeydə alınıb.
Tədqiqatın həmmüəllifi Qingpeng Zhang bu nəticələri belə izah edir: "Bu faydaların ölkələr arasında uyğunluq göstərməsi, internetin psixi sağlamlığını yaxşılaşdırmaq üçün qlobal səviyyədə təsirli vasitə olma potensialını nümayiş etdirir".
Tədqiqat göstərib ki, 65 yaşdan yuxarı, tənha yaşayan və sosial əlaqələri zəif olan şəxslər internetin müsbət təsirlərindən daha çox faydalanırlar. Bu şəxslər internet vasitəsilə sosial əlaqələr qurur, dostları və ailə üzvləri ilə ünsiyyətdə olur, yeni bacarıqlar öyrənir və ya öz maraq dairələrinə uyğun cəmiyyətlərə qoşulurlar.
Araşdırma internetin gənclərlə müqayisədə yaşlı insanlara fərqli təsir etdiyini üzə çıxarıb. Avstraliyanın Curtin Universitetindən, tədqiqatda iştirak etməyən Patrick Klarke, 50 yaşdan yuxarı insanların internetdəki mənfi təsirlərdən daha az təsirləndiyini bildirib:
"50 yaşdan yuxarı şəxslər, gənclər arasında yayılmış, özünü başqaları ilə müqayisə etmə və sosial təzyiqlərə məruz qalma dövrünü artıq geridə qoymuş olurlar. Bu yaş qrupundakı insanlar internetdən özlərini təsdiqlətmək məqsədilə deyil, dostları və ailəsi ilə əlaqə qurmaq, yeni biliklər əldə etmək və ya maraq dairələrinə uyğun mühitlərə qoşulmaq üçün istifadə etməyi üstün tuturlar.
Tədqiqatçılar hər nə qədər internetdən istifadənin müsbət təsirlərini vurğulasalar da, üz-üzə ünsiyyətin vacibliyini də diqqətə çatdırırlar. Böyük Britaniyanın Tənhalıq Araşdırmaları Mərkəzinin direktoru professor Andrea Viqfild bu barədə belə deyir:
"İnternet istifadəsini tamamilə eyni və dəyişməz təsir göstərən bir fenomen kimi görməməliyik. İnterneti uyğun və ölçülü şəkildə istifadə etdikdə, insanları bir-birinə bağlayan vasitəyə çevrilə bilər. Amma unutmayaq ki, tənhalığı azaltmaq üçün üz-üzə, mənalı qarşılıqlı əlaqələrin əvəzini verə bilməz".
Bu tədqiqat internetin müxtəlif yaş qruplarına fərqli təsir etdiyini ortaya qoyur. 50 yaşdan yuxarı insanlar üçün internet təkcə sosial əlaqə vasitəsi deyil, həm də psixi sağlamlığını yaxşılaşdıran bir alətə çevrilir. Lakin bu təsirlərin səbəb-nəticə əlaqəsi tam təsdiqlənməsə də, tədqiqatçılar bu yaş qrupundakı şəxslərin internet vasitəsilə tənhalıq hissindən qurtula bildiklərini düşünürlər. Bu tapıntılar internetin yalnız gənc nəslə deyil, həm də daha yaşlı istifadəçilərə müsbət təsir göstərə biləcəyini deyir. (publika.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri