Icma.az
close
up
RU
50 yaşlı qadını öldürən məktəblinin cəzası məlum oldu 10 il

50 yaşlı qadını öldürən məktəblinin cəzası məlum oldu 10 il

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Ötən ilin avqustunda Sabirabad şəhərində 1975-ci il təvəllüdlü Rəna İmanovanı kəsici alətlə qətlə yetirilməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ramal Qurbanlıya hökm oxunub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar adam öldürmə və silah qismində əşya tətbiq etməklə quldurluq) maddələri ilə təqsirli bilinib.

Qeyd edilib ki, Sabirabadın Əsədli kənd sakini olan Ramal 10-cu sinif şagirdi olub və ali məktəbə hazırlaşırmış. O, hazırlığa gedib-gələrkən Sabirabad şəhərində yaşayan 50 yaşlı R.İmanova ilə tanış olub və bir neçə dəfə qadının evində onunla görüşüb. Rənanın tək yaşadığını, pul və qızıllarının olduğunu öyrənən Ramal onu öldürmək qərarına gəlib.

O, Rənanın mənzilinə aldatma yolu ilə daxil olduqdan sonra çoxsaylı bıçaq zərbələri ilə qadını qətlə yetirib və evdən 5700 manatlıq qızıl, telefon götürərək qaçıb. Lakin qısa müddət sonra polisin keçirdiyi tədbirlərlə Ramal Qurbanlı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fevralın 27-də çıxardığı hökmlə Ramala 10 il həbs cəzası verilib. Cəza təyin edilərkən qanunda yetkinlik yaşına çatmayanlara maksimum cəza müddəti tələbi nəzərə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri