500 min dollarlıq gizli əməliyyat ifşa olundu KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə “Rus Könüllü Korpusu”nun (RDK) komandiri Denis Kapustinin qətlə yetirilməsi planlaşdırılıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu məqsədlə Rusiya tərəfi 500 min dollar vəsait ayırıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) açıqlamasına görə, bir aydan artıq davam edən xüsusi əməliyyat nəticəsində Kapustinin həyatı qorunub saxlanılıb, eyni zamanda bu sifarişin arxasında dayanan Rusiya xüsusi xidmət orqanlarındakı sifarişçilər və icraçılar tam şəkildə müəyyən edilib.
GUR-un məlumatında bildirilir ki, əməliyyat çərçivəsində qarşı tərəfə Kapustinin guya “öldürüldüyü” barədə dezinformasiya ötürülüb. Bunun müqabilində Rusiya xüsusi xidmətlərinin ayırdığı 500 min dollar məbləğində vəsait əldə edilib. Sözügedən pulun Ukraynanın xüsusi təyinatlı bölmələrinin ehtiyaclarına yönəldiləcəyi vurğulanır.
Hadisə Rusiya–Ukrayna müharibəsi fonunda kəşfiyyat savaşının təkcə cəbhədə deyil, pərdəarxası əməliyyatlar və informasiya manipulyasiyaları səviyyəsində də nə qədər sərt və amansız aparıldığını açıq şəkildə nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















