500 yaşı olan ən qədim futbol topu ABŞ a gətirildi
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyanın ən qədim futbol topu 2026-cı il Dünya Kuboku üçün Mayamiyə gətirilib.
Təxminən 500 il yaşı olan dünyanın ən qədim futbol topu Braziliya-Şotlandiya matçı üçün xüsusi olaraq ABŞ-a gətirilib.
Azpost.info bildirir ki, bu barədə NBC News məlumat verir.
Təxminən qovun ölçüsündə olan top daha hamar və daha aerodinamik səth yaratmaq üçün bir-birinə tikilmiş və içərisinə çevrilmiş qalın dəri panellərdən hazırlanıb. Onun daxilində həmçinin donuzun sidik kisəsi var. Top “futbol tarixinin əsl abidəsi” adlandırılır.
Top 1970-ci illərin ortalarında Şotlandiyadakı Stirling qəsrində aparılan qazıntılar zamanı aşkar edilib. O, 16-cı əsrdə Şotlandiya kraliçası Mariya Stüart tərəfindən istifadə edilən yataq otağında palıd panellərin arxasında tapılıb.
Ginnesin Rekordlar Kitabına daxil olan bu unikal artefakt azarkeşlərə göstəriləcək və daha sonra Mayamidəki “Mərcan Qeybls” Muzeyində bir neçə gün sərgilənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 25 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















