Icma.az
close
up
RU

5000 avro sərmayədən 2 milyard avro dövriyyəyə: Boltun illik gəliri dərc olundu

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bolt şirkətinin təsisçisi və baş direktoru Markus Villig şirkətin maliyyə uğurları ilə bağlı təfərrüatları paylaşaraq, Bolt-un illik gəlirinin hazırda 2 milyard avroya çatdığını bəyan edib. Bolt - taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterlərinin və elektrik velosipedlərinin icarəsi, eləcə də qida çatdırılması xidmətləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2013-cü ildə Estoniyada qurulan Bolt bu gün dünyada 50-dən çox ölkədə və 500-dən çox şəhərdə fəaliyyətdir və milyonlarla istifadəçiyə xidmət göstərir. Şirkətin tarixi 2013-cü ildən başlayır. Həmin ildə Markus Villig valideynlərindən aldığı 5000 avro ilkin kapital və kiçik bir komanda ilə biznesə başladı və onu Estoniyanın hüdudlarından kənara genişləndirdi. İlk mərhələlərdə o, sadə və rahat taksi sifarişi tətbiqi yaratmağa fokuslandı. Tallində fəaliyyət göstərən 50 taksi sürücüsünü tətbiqə qoşulmağa razı saldıqdan sonra komanda fəaliyyətə başladı. Daha böyük irəliləyiş və yeni bazarlara çıxış üçün müxtəlif biznesmenlərlə aparılan danışıqlar nəticəsində ilk sərmayə - 100.000 avro - cəlb olundu. Komandanın fədakar əməyi, birgə işi və investorların davamlı inamı və dəstəyi sayəsində bu gün Bolt 200 milyondan çox müştəriyə xidmət göstərərək qlobal bazarda möhkəm yer tutub. Bolt haqqında məlumat Bolt – 200 milyondan çox istifadəçisi olan və Avropa ilə Afrikanın 50 ölkəsi və 500-dən çox şəhərində fəaliyyət göstərən Avropa çoxfunksiyalı tətbiqdir. Şirkət şəxsi avtomobillərdən istifadənin azalması və birgə mobillik xidmətlərinə keçidi sürətləndirmək məqsədini güdür və istifadəçilərinə ən yaxşı alternativlər təklif edir. Bolt-un xidmətlərinə taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterləri və velosipedlərin icarəsi, eləcə də qida və ərzaq çatdırılması daxildir. Hazırda Bolt taksi sifarişi xidməti Azərbaycanda iyirmi altı şəhərdə fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:355
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri