502 şahmatçı arasında 14 azərbaycanlı
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edir.
Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.
Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq.
Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq.
Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Aprel 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















