Icma.az
close
up
RU
510 milyonluq layihə kiçik qəsəbənin taleyini DƏYİŞƏCƏK

510 milyonluq layihə kiçik qəsəbənin taleyini DƏYİŞƏCƏK

Icma.az bildirir, Bizim media portalına istinadən.

Danimarka kiçik liman şəhərini Formula 1 təqviminə daxil etmək üçün indiyə qədərki ən iddialı layihələrindən birini hazırlayır. Təxminən 4 min 300 nəfər əhalisi olan Padborq qəsəbəsində planlaşdırılan “Circuit of Denmark” layihəsinin ölkənin ilk Formula 1 yarışına ev sahibliyi etməsi hədəflənir.
Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, təxminən 510 milyon avro büdcə ilə hazırlanmış layihə çərçivəsində mövcud Padborg Park trasının tamamilə yenidən qurulması nəzərdə tutulur.
Layihəyə əsasən yeni tras 6 kilometr uzunluğunda olacaq və 18 döngədən ibarət olacaq. Bundan əlavə, 100 minə yaxın tamaşaçı tutumu, hotellər, konfrans məkanları, kartinq və motorsport mərkəzləri də layihəyə daxil ediləcək.
 

Layihənin arxasında danimarkalı investorlar Henrik Lyngbye Pedersen və oğlu Mathias Lyngbye Pedersen dayanır. Bildirilir ki, ata-oğul layihəni özəl investisiya fondları vasitəsilə böyütməyə çalışır. Tras dizaynının isə keçmiş Formula 1 pilotu Alexander Wurz-a məxsus Wurz Design şirkəti tərəfindən hazırlanacağı açıqlanıb.


Danimarka mediasının məlumatına görə, layihənin ilk mərhələsinin 2027-ci il ətrafında başlaması planlaşdırılır. Rəsmilər FIA Grade 1 lisenziyası ala biləcək səviyyədə müasir tras inşa etmək istədiklərini bildiriblər. Formula 1 yarışlarının isə bir neçə il ərzində mümkün ola biləcəyi qeyd olunur.
Bununla belə, hələlik FIA və ya Formula 1 rəhbərliyi tərəfindən rəsmi təsdiq verilməyib.
Layihə rəhbərlərindən Rebecca Steela Şimali Avropada beynəlxalq motorsport yarışları üçün kifayət qədər böyük mərkəz olmadığını bildirərək Danimarkanın bu boşluğu doldura biləcəyini deyib. Qeyd olunur ki, layihə yalnız yarış məqsədi daşımır, həm də turizm və iqtisadi inkişaf planı kimi qiymətləndirilir.
Digər tərəfdən, layihə ölkədə müzakirələrə də səbəb olub. Bəzi ekoloji qruplar və yerli sakinlər belə kiçik qəsəbə üçün bu qədər böyük investisiyanın riskli ola biləcəyini düşünür. Trafik sıxlığı, ekoloji təsirlər və dövlət resurslarının dolayı istifadəsi ilə bağlı tənqidlər səsləndirilir. Layihəni dəstəkləyənlər isə hesab edir ki, Formula 1 Padborqu Avropanın yeni turizm mərkəzlərindən birinə çevirə bilər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 May 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri