52 illik müqavilə ləğv olundu Ərdoğan imzaladı FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı yeni qərarla, Türkiyə ilə İraq arasında 1973-cü ildə bağlanmış Xam Neft Boru Kəməri Müqaviləsi 2026-cı ilin iyul ayında rəsmən başa çatacaq.
Milli.Az xəbər verir ki, müvafiq fərman 2025-ci il iyulun 20-də Rəsmi Qəzetdə dərc olunub.
Qərara əsasən, 52 ildir qüvvədə olan müqavilə və ona əlavə olunan bütün protokollar, dəyişikliklər, memorandumlar 2026-cı il 27 iyul tarixində etibarilə ləğv ediləcək.
Qeyd edək ki, bu müqavilə ilk dəfə 1973-cü ildə imzalanıb, daha sonra bir neçə dəfə yenilənib. Sonuncu dəfə isə 2010-cu ildə 15 il müddətinə uzadılmışdı.
Qərarda həmçinin qeyd olunub ki, bu müqavilə çərçivəsində qəbul edilən bütün hüquqi sənədlərin və protokolların da qüvvəsi sona çatacaq. Bu addım regionda enerji siyasətinə ciddi təsir göstərə bilər.
Fidan
Milli.Az
Baxış sayı:46
Bu xəbər 21 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















