525 ci qəzet Afrika münaqişələrə görə hər il 18 milyard dollar itirir
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Davam edən münaqişələr səbəbindən Afrika ölkələri hər il 18 milyard dollar itirirlər.
525.az xəbər verir ki, bu barədə Keniya prezidenti Uilyam Ruto Afrika İttifaqının iclasında bildirib.
O qeyd edib ki, bu, həm də milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarır və qitənin inkişaf perspektivlərini zəiflədir.
Hazırda Afrikada 35 milyon məcburi köçkün, 8,9 milyon qaçqın, 1,1 milyon sığınacaq axtaran və 1 milyon vətəndaşlığı olmayan insan var: “Təkcə 2024-cü ilin aprel-iyun ayları arasında Afrikada 1000 terror aktı qeydə alınıb, nəticədə 4818 nəfər ölüb”.
Keniya prezidenti vurğulayıb ki, Afrika İttifaqının hazırkı təhlükəsizlik arxitekturası qitənin üzləşdiyi mürəkkəb problemlərin və çağırışların həlli üçün zəif təchiz olunub.
O, sülh və təhlükəsizlik arxitekturasının təcili yenidən qurulmasına çağırıb və əlavə edib ki, Afrika İttifaqının regionun qaynar nöqtələrində mövcudluğu zəif, parçalanmış və kifayət qədər resurslarla təmin olunmayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















