525 ci qəzet Afrikada terror hücumlarının sayı 400 faiz artıb Əlcəzair XİN
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Afrikada son 10 il ərzində terror hücumlarının sayı 400 faizədək artıb.
525.az xəbər verir ki, bu barədə Əlcəzairin xarici işlər naziri Əhməd Attaf bildirib.
“Rəqəmlər göstərir ki, son on ildə Afrikada terror hücumlarında şokedici artım olub. Bu, 400 faiz yəşkil edir. Qitədə terrora görə ölüm hallarında 237 faiz artım müşahidə olunub”, - nazir qeyd edib.
Attafın sözlərinə görə, qlobal terrorizmin episentri son illərdə Afrikanın Sahel bölgəsinə keçib və bu, hazırda dünyada terrorla bağlı ölüm hallarının 48 faizini təşkil edir, 2007-ci ildə bu rəqəm cəmi 1 faiz idi. O əlavə edib ki, 2024-cü ilin ilk 9 ayı ərzində Afrikada terrorçular 3300-dən çox hücum həyata keçirib, 13 min insan həlak olub.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Nigeriyaya səfəri zamanı bildirib ki, Çin Afrika ölkələrinə təhlükəsizliyin təmin edilməsi üçün çevik reaksiya qüvvələri yaratmağa kömək edəcək.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 22 Yanvar 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















