Icma.az
close
up
RU
525 ci qəzet AMEA da Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüş olub

525 ci qəzet AMEA da Süleyman Dəmirəl Universitetinin rektoru ilə görüş olub

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 13-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan ilə görüşüb.

AMEA-dan 525.az-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli iki ölkənin elmi əməkdaşlığından söz açıb. Qeyd edib ki, AMEA Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türkiyə Elmlər Akademiyası, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) kimi aparıcı qurumları, eləcə də 100-dən artıq universiteti ilə əməkdaşlıq edir.

Süleyman Dəmirəlin adını daşıyan universitetlə əməkdaşlığın Akademiya üçün şərəf olduğunu deyən akademik İsa Həbibbəyli görkəmli siyasətçinin 1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçildiyini də qonaqlara bildirib.

Akademik İsa Həbibbəyli AMEA-nın və Türkiyənin Burdur Mehmet Akif Ersoy Universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilməsinin nəzərdə tutulduğunu deyib və Süleyman Dəmirəl Universitetinin də təşkilatçılar sırasında yer almasına münasibətini bildirib.

Görüşdə, həmçinin 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr ediləcək tədbirlər barədə danışılıb.

Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan Isparta şəhərində yerləşən ali təhsil ocağının tarixi və orada aparılan elmi tədqiqatlar barədə məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını bildirən Mehmet Saltan hazırda universitetdə 328 azərbaycanlı tələbənin təhsil aldığını və qurumun müəllimləri sırasında həmyerlilərimizin də olduğunu söyləyib. Qeyd edib ki, universitetdə 14 fakültə fəaliyyət göstərir və tarix, ədəbiyyat, arxeologiya, dilçilik və s. kimi 11 bölməni əhatə edən Humanitar və ictimai elmlər fakültəsində həyata keçirilən tədqiqatlarla Akademiyanın geniş əməkdaşlıq imkanları mövcuddur.

Görüş çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin elmi nəşrlərin mübadiləsinin zəruriliyi bildirilib.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri