Icma.az
close
up
RU
525 ci qəzet “Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1 ci olub

525 ci qəzet “Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1 ci olub

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmədə 99,6 % nəticə əldə edərək öz rekordunu yeniləyib və 1-ci olub.

525.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. 

Məlumata görə, qiymətləndirmənin nəticələri ilə bağlı təqdimatda "Azərişıq"la yanaşı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsas da elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

2024-cü ildə Dövlət Agentliyi 37 mərkəzi icra hakimiyyəti orqanının 167, 23 yerli icra hakimiyyəti orqanının 89 və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidməti qiymətləndirib. 

“Azərişıq” vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya edib, göstərdiyi 18 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradıb. Qurumun Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil etdiyi xidmətlərin 2024-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə ümumilikdə 775 sorğu cavablandırılıb, əsaslandırıcı sənədlər təqdim olunub.

Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanaraq qeyd olunub ki, “Azərişıq” “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində ötənilki 98,3 %-lik rekord nəticəsini yeniliyib. Ötən illərdə də “Azərişıq” xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar qazanıb, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer alıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri