525 ci qəzet Dağlıq ərazilərdə 17 dərəcəyədək şaxta olub FAKTİKİ HAVA
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fevralın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
525.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 10-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Xaltan, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm -dir.
Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















