525 ci qəzet Harris gələcək karyerasına görə Klintondan məsləhət alıb
Icma.az bildirir, 525.az portalına istinadən.
ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris prezident seçkilərində Donald Trampa uduzduqdan sonra gələcək karyerası ilə bağlı məsləhət almaq üçün keçmiş dövlət katibi Hillari Klintona müraciət edib.
525.az xəbər verir ki, bu barədə New York Magazine (NYM) məlumat yayıb.
Qeyd olunur ki, 2016-cı ildə Klinton da Trampa qarşı mübarizədə uğursuzluğa düçar olub. Nəşrin məlumatına görə, Harris 2024-cü ilin noyabrından bəri keçmiş dövlət katibi ilə bir neçə dəfə əlaqə saxlayıb.
“ABŞ-da çoxları keçmiş vitse-prezidentin bundan sonra nə edəcəyi və ümumiyyətlə siyasi karyerasını davam etdirməyi planlaşdırıb-qalmayacağı barədə spekulyasiya edir. Vəzifəsini tərk edən siyasətçi “radardan itmək” niyyətində olmadığına işarə edib. Onun Kaliforniya qubernatorluğuna namizəd ola biləcəyi ilə bağlı də məlumatlar var”, - məqalədə vurğulanıb.
Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Tramp 51%, Harris isə 47,4% səs toplayıb.Tərəfdarları qarşısında çıxış edən respublikaçı bəyan edib ki, onun dövlət başçısı kimi məqsədi dünyada hərbi münaqişələrə son qoymaqdır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















