525 ci qəzet İspaniya Ukraynaya sülhməramlı qoşun göndərəcək? Baş nazirdən açıqlama
525.az saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin Ukraynaya sülhməramlı qoşun göndərib-göndərməyəcəyi barədə sualı cavablandırıb.
525.az xəbər verir ki, CNBC telekanalına müsahibəsində o, bu barədə sualı belə cavablandırıb: “Məncə, indi bu suala dəqiq cavab vermək üçün tezdir”.
Baş nazir ümid etdiyini bildirib ki, 2025-ci il Ukraynada hərbi münaqişənin həlli ili olacaq.
“İspaniya həmişə müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə sadiqdir”, - deyə P.Sançes əlavə edib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə hərbi münaqişə bitdikdən sonra təhlükəsizliyin təmin olunması üçün ölkəsinin yüz minlərlə avropalı sülhməramlılara ehtiyacı olduğunu bildirib.
Buna qədər isə Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu bəyan edib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Yanvar 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















