Icma.az
close
up
RU
525 ci qəzet Komitə sədri ABŞ nümayəndələrini Azərbaycanda dini etiqad azadlığı barədə məlumatlandırıb

525 ci qəzet Komitə sədri ABŞ nümayəndələrini Azərbaycanda dini etiqad azadlığı barədə məlumatlandırıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 24-də ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb.

525.az-a bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, görüşdə Komissiyanın sədri Stiven Şnek, Araşdırma və Siyasət üzrə direktoru Qillermo Kantor, siyasi analitiki Dilan Şexnayder, müvəkkillər Viki Hartzler, Mohamed Elsanusi və ABŞ-nin Azərbaycandakı səfirliyinin Siyasi işlər şöbəsinin rəhbəri Mixail Seroka iştirak ediblər.

Dövlət Komitəsinin sədri Azərbaycanda birgəyaşayış ənənəsi, dinlərarası harmoniya barədə ətraflı məlumat verərək, multikulturalizm və tolerantlıq kimi dəyərlərin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirib:

"957-si İslam, 38-i isə qeyri-islam olmaqla 995 dini icma dövlət qeydiyyatına alınıb. Azərbaycan dini icmalara hər cür kömək göstərən, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir".

Komitə sədri qeyd edib ki, ölkədə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir:

"Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə İslam dini ilə bağlı tarixi abidələr, məscid, ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası həyata keçirilir".

Komissiyanın sədri Stiven Şnek səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi qurum barədə məlumat verib.

“Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi” dini icmasının qeydiyyata alınmasını, Yehovanın Şahidləri dini icmasının fəaliyyətinə yaradılan şəraitin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı Komissiya nümayəndələrinin Azərbaycanda dini etiqad azadlığının qorunması sahəsində vəziyyətlə bağlı sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri