525 ci qəzet Qazaxıstan Rusiya vasitəsilə Avropaya buğda və ət tədarükünü artıracaq
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan Rusiya Federasiyası ərazisindən keçməklə Avropa ölkələrinə buğda və digər kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaq niyyətindədir.
525.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan və Rusiya baş nazirləri arasında aparılan danışıqların yekunlarına görə, tərəflər Qazaxıstandan ət və ət məhsullarının ixracına qoyulan məhdudiyyətlərin qismən götürülməsi barədə razılığa gəliblər.
“Qazaxıstandakı epizootik vəziyyətlə əlaqədar Rusiya tərəfi əvvəllər ət məhsullarının idxalına məhdudiyyətlər qoyub. Bu gün biz rusiyalı həmkarlarımızla razılığa gəldik və cənub və cənub-şərq bölgələri ilə bağlı bu məhdudiyyəti aradan qaldırdıq. Hazırda biz Qazaxıstanın bütün ərazisində məhdudiyyətləri aradan qaldırmaq üçün çalışırıq”, - nazir müavini əlavə edib.
Bundan əvvəl Qazaxıstan və Rusiyanın ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq niyyətində olduğu bildirilirdi.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 30 Yanvar 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















