525 ci qəzet Rumıniya prezidentliyinə namizəd kömək üçün Trampa müraciət etdi
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniya prezidentliyinə namizəd Kelin Ceorcesku kömək üçün ABŞ lideri Donald Trampa müraciət edib.
525.az xəbər verir ki, bu barədə rumın siyasətçi amerikalı bloger Mario Naufalla müsahibəsinə deyib.
Ceorceskunun sözlərinə görə, Birləşmiş Ştatlar Rumıniyaya kömək etməlidir, çünki onun demokratiyanı müdafiə etmək öhdəliyi var.
“Demokratiya uğursuzluğa düçar olarsa, deməli, ABŞ da uğursuzluğa düçar olur. Çünki Birləşmiş Ştatlar bu bayrağı müdafiə etməlidir. ABŞ əsl demokratiya simvoludur. Buna görə də, mən prezident Trampdan xahiş edirəm ki, bu vəziyyətlə maraqlansın, bizim burada oyun oynamadığımızı başa düşsün”, - deyə Kelin Ceorcesku bildirib.
Qeyd edək ki, Kelin Ceorcesku dünən saxlanılaraq, Rumıniya Baş Prokurorluğunda dindirilib. O, yalan məlumat yaymaqda və seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə ittiham olunur.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 Fevral 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















