525 ci qəzet Sabah ın yeni transferindən açıqlama
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sabah"ın yeni transferi, Qazaxıstan millisinin üzvü Stas Pokatilov Bakı klubuna keçidindən danışıb.
QOL.az xəbər verir ki, 32 yaşlı qolkiper paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında "Sabah"a gəldiyi üçün xoşbəxt olduğunu deyib:
"Hamıya salam. Mənim adım Stas Pokatilovdur. Burada olmaqdan çox şadam. Stadionda görüşənədək. Sabah bizik".
Qeyd edək ki, Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.

