525 ci qəzet Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
525.az komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Baxış sayı:101
Bu xəbər 22 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















