Icma.az
close
up
RU
525 ci qəzet Şavkat Mirziyoyev fenomeni Milli Kitabxanada təqdim olundu

525 ci qəzet Şavkat Mirziyoyev fenomeni Milli Kitabxanada təqdim olundu

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə görkəmli özbək siyasətşünas Qüdrətülla Rəfiqovun Azərbaycan dilinə tərcümə edilmiş "Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimatı keçirilib. Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq nəşrin siyasi əhəmiyyətini vurğulayıb.

Tədbirin moderatoru Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid AYB-nin təşəbbüsü ilə ölkəmizdə səfərdə olan özbək nümayəndə heyətini səmimi salamlayıb. O, Azərbaycan və Özbəkistan arasındakı son illərdə daha da rəvac tapan ədəbi-mədəni əlaqələrdən söz açıb. Rəşad Məcid "Təhsil" nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş "Şavkat Mirziyoyev fenomeni" kitabı haqqında fikirlərini bölüşərək nəşrin Azərbaycan dilinə tərcüməsini və təqdimatını iki qardaş ölkə arasında ədəbi körpülər qurulması baxımından mühüm addım kimi dəyərləndirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ön söz müəllifi olduğu kitabın nəşri münasibətilə təbrikini çatdırıb, çıxışında Özbəkistanın zəngin ədəbiyyatı, tarixi, mədəniyyəti, din xadimləri ilə bağlı fikirlərini bölüşüb. Şeyxülislam siyasi mövqeləri üst-üstə düşən Prezident İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğundan danışıb və bu dostluğun ölkələrarası bütün sferalarda əlaqələrə müsbət təsirini vurğulayıb: "Allaha şükürlər olsun ki, hər iki ölkənin prezidentlərinin xeyirxah səyləri və şərəfli zəhmətləri sayəsində çoxəsrlik Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq əlaqələri özünün ən yüksək mərhələsinə daxil olub. Kitabda Özbəkistanın yeni Prezidentinin böyük islahatçılıq və yenilikçilik fəaliyyəti müəllif tərəfindən dərin təhlillər əsasında hərtərəfli işıqlandırılıb".

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında bütöv türk dünyası haqqında danışmağın xoşbəxtlik olduğunu bildirib: "Prezident Şavkat Mirziyoyevə xüsusi hörmətim var, o, Özbəkistanı türk ailəsinə qaytarıb. Ədəbiyyata olan marağı da təqdirəlayiqdir. Özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri var. İnanıram ki, Azərbaycan və Özbəkistanın dostluğu əbədi olacaq, prezidentlərimizin dostluğu, qardaşlığı sayəsində mədəniyyətimiz, ədəbiyyatımız daha da inkişaf edəcək". Anar 85 illik yubileyi münasibətilə Şavkat Mirziyoyevin onu "Dostluq" ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla xatırladıb və bunu Özbəkistan Prezidentinin Azərbaycan ədəbiyyatına yüksək diqqətinin örnəyi kimi dəyərləndirib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin ildən-ilə inkişaf etdiyini deyib və mədəniyyət sahəsində qarşılıqlı təbliğatın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov qeyd edib ki, "Şavkat Mirziyoyev fenomeni" kitabında Özbəkistanın dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı və xarici siyasətindəki müstəsna rolundan bəhs olunub. O, kitabda həmçinin Özbəkistanın müasir dövrdəki dəyişikliklərinin öz əksini tapdığını və bu dəyişikliklərin Azərbaycan ilə əlaqələrə müsbət təsirindən danışıb.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu Şavkat Mirziyoyevin öz xanımı ilə birlikdə Bülbülün Şuşadakı ev-muzeyini ziyarət etdiyini xatırladaraq həmin vaxt onlara bələdçilik etməyin xoşbəxtlik və qürur verdiyini ifadə edib. Millət vəkili bu ilin avqust ayında "Özbəkistanın Xalq artisti" adına layiq görülməsini Azərbaycan mədəniyyətinə göstərilən diqqət kimi qiymətləndirib. Polad Bülbüloğlu təqdim edilən kitabın Azərbaycan oxucuları tərəfindən maraqla qarşılanacağına inandığını deyib.

Özbəkistanın Əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad "Şavkat Mirziyoyev fenomeni" kitabının məziyyətlərindən danışarkən əsərdə Prezident Şavkat Mirziyoyevin həyat və fəaliyyətinin dərin təhlilinin, onun ölkənin müasir dövründəki inkişafına, sosial-iqtisadi islahatlara və beynəlxalq münasibətlərdəki uğurlu strateji yönlərinə verdiyi töhfələrin öz dolğun əksini tapdığını qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında "Şavkat Mirziyoyev fenomeni" kitabında yeni Özbəkistanın və onun liderinin obrazının parlaq şəkildə təqdim edildiyini önə çəkib: "Kitabın müəllifi Qüdrətülla Rəfiqov əsərdə keçmişi tənqid etmədən gələcəyi quran Özbəkistan lideri Şavkat Mirziyoyevin dolğun siyasi portretini yaradıb. Kitab siyasi-publisitika janrında yazılsa da, ədəbi materiallardan da istifadə edilərək bədii üslubda qələmə alınıb". O bildirib ki, Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında dostluq və qardaşlığın ən bariz təcəssümüdür. İsa Həbibbəyli həmçinin bu kitabın ilk tərcüməsinin və təqdimatının Azərbaycanda reallaşmasının mədəni əlaqələrin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

Özbəkistanın Xalq şairi, Senat üzvü Mahmud Toir bildirib ki, bu kitab Özbəkistanın müasir tarixindəki ən mühüm dönəmi, Prezident Şavkat Mirziyoyevin liderliyindəki böyük dəyişiklikləri və islahatları ətraflı və dərindən əks etdirən bir əsərdir.

Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov deyib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin istifadəyə verilməsi və Xankəndində iki ölkə şirkətlərinin iştirakı ilə yaradılan tikiş fabriki həm də iki qardaş ölkə arasındakı qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.

Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid son illərdə Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin daha da genişlənməsində Şavkat Mirziyoyevin qardaş Azərbaycana rəğbətinin və Prezident İlham Əliyevlə olan səmimi dostluq münasibətinin əsas rol oynadığını dilə gətirib.

Milli Məclisin deputatı Anar İsgəndərov kitabda yenilənən Özbəkistanla bağlı yer alan dərin analitik yazıların oxucuların marağına səbəb olacağına əminliyini ifadə edib.

"Şavkat Mirziyoyev fenomeni" kitabının tərcüməçiləri - şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyli nəşri "Yeni Özbəkistan zəfərnaməsi" kimi səciyyələndiriblər: "Elmi təfəkkürdə ən çətin nail olunan iki cəhətin biri dərin təhlil bacarığıdırsa, ikincisi siqlətli nəzəri ümumiləşdirmə məharətidir. Qüdrətülla Rəfiqovun bu kitabında həmin iki cəhət müəllif təfəkkürünün qoşa qanadı kimi bir-birini tamamlayır. Məhz bu baxımdan bu bənzərsiz əsər özünün publisistik təhkiyə tərzinə baxmayaraq, eyni zamanda, sanballı siyasi-fəlsəfi traktat təsiri bağışlayır".

Özbəkistan Senatının üzvü, "Vətən" jurnalının baş redaktoru, kitabın özbək dilindəki bədii redaktoru Hüsən Ermatov və digər qonaqlar çıxışlarında sözügedən kitabı siyasi publisistikanın mükəmməl örnəklərindən biri kimi xarakterizə ediblər.

Kitabdakı publisistik mətnlər "Yenilənən Özbəkistan: tarixi güclülər yaradır...", "İlk və son sözümüz Vətən...", "Mərkəzi Asiya: çoxəsrlik arzuların gerçəkləşməsi", "Salam, Yeni Özbəkistan", "Vətən və millət qayğısı", "Xeyirxahlıq və quruculuq xəritəsi", "Milli mənliyə gedən yol", "Dünya ilə yarışmaq istəyi", "Millətpərvər", "Şavkat Mirziyoyev fenomeni", "Təfəkkür köləliyi cismani qulluqdan betərdir","Tarixdə şəxsiyyətin rolu" kimi bölümlərdə oxuculara təqdim olunub. Nəşrin redaktorları Mustafa Çəmənli və Qulu Kəngərlidir.

Sevinc MÜRVƏTQIZI

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

"Şavkat Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu

Şəkil sayı: 19

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri