Icma.az
close
up
RU
525 ci qəzet Şərəfli həyat yolu Əyyub Əzizov 90

525 ci qəzet Şərəfli həyat yolu Əyyub Əzizov 90

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu yaxınlarda Ağcabədidə tanınmış kimyaçı professor, respublikanın əməkdar müəllimi, rayonumuzun fəxri Əyyub Əzizovun 90 illik yubileyi qeyd olundu. Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, ziyalılar və yubilyarın yaxınları iştirak edirdilər.

Qeyd edək ki, Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində anadan olub. Onun uşaqlıq, yeniyetməlik illəri doğma kəndində keçib. Lakin çox keçmədən erməni faşistləri orada yaşayan azərbaycanlıların başına olmazın, amansız müsibətlər açıb. Bu dəhşətli müsibətlər Əyyub müəllimgilin ailəsindən də yan keçməyib və digər kənd sakinləri kimi, Əyyub müəllimgilin ailəsi də doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.

Görkəmli pedaqoq, əməkdar müəllim, Ağcabədi rayon Ağsaqqalar Şurasının üzvü Camal Abbasov yaxın dostu Əyyub Əzizovla bağlı xatirələrini bölüşərkən belə deyir: "Professor Əyyub Əzizov çox çətin, lakin olduqca mənalı, şərəfli, zəngin həyat yolu keçib. 1948-ci ildə ailəsi ilə birlikdə doğma yurdunu tərk etməyə məcbur olan Əyyub müəllim əvvəlcə Naxçıvana, oradan Beyləqan rayonunun Daşburun kəndinə, sonra isə Ağcabədi rayonuna gəlib. Ağcabədidə onun yaxın qohumları yaşayırmışlar. Burada ona Ədil adında bir kişi yaxından köməklik göstərir.

Yeddinci sinfə qədər doğulduğu Mehmandar kəndində oxuyan Əyyub Əzizov təhsilini əvvəlcə Ağcabədi rayonunun 3 saylı, sonra isə Xəlfərəddin kənd orta məktəbində davam etdirir. Orta təhsilini başa vurub Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət və kimya fakültəsinə qəbul olunur. 1957-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirərək orta təhsil aldığı Xəlfərəddin kənd orta məktəbində (hazırda 2 saylı tam orta məktəb) müəllimlik fəaliyyətinə başlayır və 5 ilə yaxın burada kimya fənnindən dərs deyir".

1961-ci ildə AMEA-nın Kimya İnstitutunun aspiranturasına daxil olan Əyyub Əzizov 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edir. Bir alim kimi 1969-cu ildən həyat yolunu Baki Dövlət Universiteti (BDU) ilə bağlayan Əyyub müəllim 20 ildən artıq universitetin "Kimyanın tədrisi metodikası" kafedrasına rəhbərlik edir. Özünə və başqalarına qarşı son dərəcə tələbkar olan professor Ə.Əzizovun respubilkamızda, eləcə də əcnəbi ölkələrdə 200-dən artıq elmi, metodiki məqalələri çap olunub. Həmçinin professor iki dərsliyin, iki dərs vəsaitinin müəllifidir. Eyni zamanda, o, BDU-nun və kimya fakültəsinin elmi şurasının üzvü olub.

Yalnız dərs deməklə kifayətlənməyən professor Ə.Əzizov həm də kimya elminin aktual problemlərinə dair bir çox sanballı elmi əsərlərin müəllifidir: "Kimyanın tədrisi metodikası", "Kimyadan pedaqoji praktikanın təşkili və keçirilməsi", "Kimyanın öyrədilməsində sinifdənkənar və müstəqil işlər" və sair. Onun eyni zamanda müştərək yazdığı "Kimya tədrisinin müasir problemləri", "Kimyəvi maddələrin təsirindən ətraf mühitin çirklənməsi və onunla mübarizəni şagirdlərə öyrədilməsi" əsərləri bu gün də aktualdır. Əyyub müəllim nəzəriyyə ilə təcrübəni bir-birilə üzvi surətdə əlaqələndirir, tədqiqatlarını bu istiqamətdə aparırdı. Onun yazdığı "Qeyri-üzvi kimyanın tədrisinə aid praktikum", "Kimyanın tarixinə dair materiallar", "Kimyanın tədrisində görkəmli alimlərin həyat və yaradıcılığına dair materialların öyrədilməsi", "Kimya təliminin prinsipləri, üsulları, priomları", "Kimya tədrisi metodikası" I hissə, "Kimyanın tədrisi metodikası" II hissə, "Kimya tədrisi üsulu və praktikumu" və sair kitablar da deyilənlərin əyani təsdiqidir.

Professor Ə.Əzizov bir insan kimi yüksək keyfiyyətləri ilə nəinki qohumlarının, dost-tanışlarının, habelə onu tanıyanlarının əbədi sevgisini qazanıb. Professor Əyyub müəllimdən dərs alan, onun faydalı öyüd-nəsihətlərindən bəhrələnən hər bir şəxs həyatda fəal mövqe tutmağa nail olub. İndi Əyyub müəllim ömrünün müdrik çağlarını yaşayır. Arzu edirik ki, hörmətli alimimizin həyatının sonrakı illəri də daim firavan və səadət dolu keçsin. Əyyub müəllimin yubileyini bir daha təbrik edir, sağlam və gümrah ömür arzulayırıq.

Ədalət HÜSEYNOV

Ağcabədi rayon Ağsaqqalar Şurasının üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri