525 ci qəzet Sərxoş halda təcili tibbi yardım avtomobilini qaçırdılar
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyada qəribə oğurluq hadisəsi baş verib.
525.qz xarici KİV-ə istinadən xəbər verir ki, Düsseldorfda sərxoş cütlük çağırışda olan təcili tibbi yardım avtomobilini qaçırıb.
Dərman götürmək üçün avtomobilə qayıdan sanitar onu yerində tapmayıb. Axtarışa çıxan tibb işçisi cəmi bir neçə küçə aralıda avtomobili aşkarlayıb. Selfi edən cütlüyü yaxalayan sanitar polis çağırıb.
Məlum olub ki, 29 yaşlı qadın və onun 19 yaşlı sevgilisi oğurluğu macəra xətrinə ediblər.
Maraqlıdır ki, oğrular həbs olunmaylblar. Qadın müəyyən müddətə sürücülük hüququndan məhrum olunub. Hər halda cütlük yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, bənzər olay bir neçə gün əvvəl Nyu-Yorkda yaşanıb. Həmin vaxt 3 naməlum şəxs metro qatarını qaçırmışdı. Doğrudur, qatar tapılsa da, oğrular hələ də axtarışdadır.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 Fevral 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















