525 ci qəzet Şimali Koreyalı əsgər: Müharibəyə qatılacağımdan xəbərim yox idi
Icma.az bildirir, 525.az portalına istinadən.
Ukraynada əsir düşən Şimali Koreyalı əsgər Ri, Rusiyaya təlim keçmək üçün göndərildiyini düşündüyünü, lakin döyüşə qatılacağını sonradan öyrəndiyini deyib.
525.az Cənubi Koreyanın “Chosun Daily” qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı Ri yanvar ayında Ukrayna əsgərləri tərəfindən əsir götürülüb. Onun sözlərinə görə, 10 il Şimali Koreya ordusunda xidmət edib və Ümumi Kəşfiyyat Bürosunda (RGB) çalışıb.
O, təxminən 2500 əsgərlə birlikdə Rusiyanın Kursk bölgəsinə aparılıb və burada döyüş tapşırığı aldığını öyrənib. Yanvarın 5-də müharibəyə qoşulduqlarını bildirən Ri, Kursk bölgəsindəki atom elektrik stansiyalarını qorumaq vəzifəsi aldıqlarını deyib.
Münaqişə zamanı dronla aşkarlandığını və vurulduğunu bildirən Ri, altı nəfərlik komandasında sağ qalan yeganə şəxs olub. Yaralandığı üçün qaça bilməyib və Ukrayna əsgərləri tərəfindən əsir götürülüb.
Malik Atilay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Fevral 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















