Icma.az
close
up
RU
525 ci qəzet Sudan Keniya prezidentini terrorizmi dəstəkləməkdə ittiham edib

525 ci qəzet Sudan Keniya prezidentini terrorizmi dəstəkləməkdə ittiham edib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sudanın Xarici İşlər Nazirliyi Keniya prezidenti Uilyam Rutu terroru dəstəkləməkdə ittiham edib və səfir Kamal Cabaranı Nayrobidən geri çağırıb.

525.az xəbər verir ki, bu barədə “Sudan Tribune” Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.

“Təəssüf ki, Keniya prezidenti regional yaraqlıların dəstəkçiləri və terrorçu qüvvənin rəhbərliyi ilə ticari və şəxsi maraqlarını iki ölkə arasındakı tarixi münasibətdən üstün tutur. O, rəhbərliyin tələblərinə və ölkəsinin həqiqi maraqlarına, regional sülh və təhlükəsizliyə olan ehtiyaclara məhəl qoymur, bununla da beynəlxalq və regional nizamnamələri pozur”, - bəyanatda deyilir.

Sudan Xarici İşlər Nazirliyi hesab edir ki, Nayrobi üsyançıların siyasi, təbliğat, maliyyə və maddi-texniki fəaliyyəti üçün əsas mərkəzə çevrilib.

Bu bəyanat üsyançı Çevik Reaksiya Qüvvələri ilə Sudanın müxalif siyasi qrupları arasında paralel hökumətin nizamnaməsini imzalamaq üçün Keniyanın paytaxtında keçirilən görüşdən sonra verilib. Nazirlik bildirib ki, Nayrobidə keçirilən görüşlər Keniya prezidentinin “müxtəlif ərazilərdə terror qruplaşmalarına” dəstəyinin kulminasiya nöqtəsi olub.

Bundan əvvəl Sudan lideri Əbdülfəttah əl-Burhan ÇRQ üsyançılarını dəstəkləyən paralel hökumətin yaradılması ilə bağlı xəbərlərlə əlaqədar BMT və Afrika İttifaqına mesaj göndərdiyini bildirib.

Sudanda üsyançı qrup ÇRQ ilə nizami ordu arasında vətəndaş müharibəsi 2023-cü ilin aprelində başlayıb. İndiyədək 20 mindən çox insan ölüb, 14 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşdü, 25 milyonun köməyə ciddi ehtiyacı var.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri