525 ci qəzet Ukraynada sülh hələ çox uzaqdadır İspaniyanın XİN başçısı
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynada sülhün əldə olunması hələ çox uzaqdadır. Buna baxmayaraq, bu ölkəyə qoşun göndərilməsi nəzərdə tutulmur.
525.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares yerli KİV-ə deyib.
"Heç kim Ukraynaya qoşun göndərməyi təklif etmir, çünki sülh hələ çox uzaqdadır... Mən üfüqdə sülh görmürəm, baxmayaraq ki, bu barədə düşünməyin bir yolu sülhün mümkün qədər tez gəlməsinə necə kömək etməkdir", - nazir əlavə edib.
Onun sözlərinə görə, Aİ-nin Parisdə keçirilən fövqəladə təhlükəsizlik sammiti Ukrayna məsələsində Avropanın birliyini vurğulamaq, “ədalətli və davamlı sülhə” nail olmaq üçün gələcək strategiyanın işlənib hazırlanması və sülh danışıqlarının Rusiyanın iddia edilən təcavüzə görə mükafatlandırması ilə başa çatmasının qarşısını almaq məqsədini daşıyır.
Qərbdə onlar hesab edirlər ki, Parisdəki sammitdə Avropa ölkələrinin liderləri Ukraynanın danışıqlarda mövqelərini gücləndirmək istəyirlər ki, ABŞ və Rusiyanın ona təlqin etdiyi şeylərə yox deyə bilsin.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















