525ci qəzet 16 il səhvən həbsdə qaldı 34 milyon dollar kompensasiya ödəniləcək
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də ölüm faktına görə həbs edilən qadının 16 il sonra günahsız olduğu sübut olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2001-ci ildə 18 yaşlı Kristina Bleyz Lobato səfil insanı öldürməkdə təqsirləndirilərək həbs edilib.
İşi aparan detektivlər - Tomas Tousen və Ceyms Loraşel qadının günahını "sübut edə biliblər" və 2006-cı ildə məhkəmə Kristinanı uzun müddətli həbsə göndərib.
2017-ci ildə yenidən aparılmış məhkəmə-tibbi ekspertizası cinayətin Kristina tərəfindən törədilmədiyi barədə rəy verdikdən sonra detektivlərin kobud səhv buraxdıqları üzə çıxıb və qadın azadlığa buraxılıb.
Bundan sonra 16 il günahsız olaraq həbsdə qalan Kristina detektivlərə və Las-Veqas polisinə qarşı iddia ilə məhkəməyə müraciət edib. Dekabrın 12-də məhkəmə Kristina Bleyz Lobatonun xeyrinə qərar çıxarıb.
Qeyd edək ki, qərara görə Kristinaya 34 milyon dollar kompensasiya ödəniləcək.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















