525ci qəzet Adolf Eyxmanı edam edən şəxs vəfat etdi
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsraildə SS oberştrumbanfüreri Aldolf Eyxmanı edam edən Şalom Naqar 86 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 1962-ci ildə Ramla şəhər həbsxanasında Adolf Eyxmanın boğazına kəndir salan məhz Şalom Naqar olmuşdu.
Edamdan sonra Eyxmanın cəsədi yandırılmış və Aralıq dənizinə tullanmışdı.
Naqar özü bu sirri uzun müddət saxlamış və yalnız 30 il sonra Eyxmanın cəlladının özü olduğunu etiraf etmişdi.
Qeyd edək ki, Adolf Eyxman 2-ci Dünya müharibəsi dövründə 3-cü reyxin ən vacib fiqurlarından biri idi. Eyxman həm də "Holokost memarı" kimi tanınmışdı. Yəhudilərin və digər millətlərin nümayəndələrinin soyqırımında onun "böyük" rolu var idi.
Yeri gəlmişkən, müharibə başa çatdıqdan sonra Argentinaya qaçan və orada Rikardo Klement ilə gizlənən Eyxman 1960-cı ildə "Mossad" tərəfindən ələ keçirilərək İsrailə gətirilmiş, Yerusəlim məhkəməsi tərəfindən ölüm hökmünə məhkum edilmişdi.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















