Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet ADUda “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib

525ci qəzet ADUda “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib.

525.az xəbər verir ki, forumun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi qiymətləndirib.

“Azərbaycan və Rusiya arasında əlaqələr tarixən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu gün universitetimizdə keçirilən forum hər iki xalqın mədəniyyətinin zənginliyini nümayiş etdirmək və onları bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm addımdır. Təhsil, elm və mədəniyyət sahələri xalqlarımızı bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən olmuşdur. Azərbaycan daim mədəniyyətlərarası dialoqda fəal rol oynamış, müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan kimi çıxış etmişdir. Azərbaycanda multikultural, demokratik və humanitar siyasət özünü yüksək səviyyədə göstərir”, - deyən akademik Kamal Abdulla Azərbaycanın mədəni irsinin və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına səmərəli müzakirələr arzulayıb.

Forumda çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov müasir dövrdə mədəniyyətlərarası dialoqun vacibliyi haqqında fikirlərini bölüşüb. Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin uzun illərə söykəndiyini vurğulayan səfir bildirib ki, bu münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, təhsil və humanitar sahələrdə dərin köklərə malikdir. Forumun mədəniyyətlərarası dialoqa dair müzakirələrin aparılması və əməkdaşlıq üçün geniş imkanlar yaradacağına əminliyini bildirən səfir iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Polad Bülbüloğlu çıxış edərək forumun mədəniyyətlərarası dialoqun dərinləşməsinə, xalqlar arasında yeni dostluq körpülərinin qurulmasına töhfə verəcəyini bildirib. “Mən həm diplomat, həm də mədəniyyət xadimi kimi, həmişə inanmışam ki, mədəniyyət vasitəsilə qarşılıqlı anlayışı, sülhü təşviq etmək mümkündür. Azərbaycanın Rusiyadakı səfiri olduğum müddətdə bu prunsiplərə sadiq qalaraq iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün bir çox layihələrə dəstək verdik. Bu gün ölkələrimiz arasında əlaqələr daha da genişlənir, xalqlarımızın dostluğu getdikcə möhkəmlənir”, - deyən millət vəkili qeyd edib ki, Azərbaycan və Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Ölkəmizdə rus dili və mədəniyyəti qorunub saxlanılıb. Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır. Mədəniyyətlərarası dialoq yalnız xalqlar arasında əlaqələri möhkəmləndirmir, eyni zamanda, dünyada sülhün təmin edilməsinə xidmət edir. Bu forum mədəniyyətlərin sərhədlərini aşaraq xalqları birləşdirən güc olduğunu bir daha sübut edir.

Mədəniyyətlərarası əməkdaşlığın siyasi və sosial aspektlərinə toxunan Milli Məclisin üzvü Sevinc Fətəliyeva Azərbaycanın qlobal arenada mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan tarixən müxtəlif xalqların dinc yanaşı yaşamasına və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verib. Bu gün Azərbaycan Dillər Universitetində keçirilən beynəlxalq forum bu ənənələrin davamı olaraq mədəniyyətlərin dialoqu üçün yeni platformadır.

Millət vəkili əminliklə qeyd edib ki, forum təkcə Azərbaycan və Rusiya arasında deyil, qlobal miqyasda da mədəni əlaqələrin inkişafına töhfə verən mühüm platforma kimi yadda qalacaq. Belə forumların müntəzəm keçirilməsi, mədəniyyətlərarası anlayışın dərinləşməsi və xalqlar arasında dostluq körpülərinin möhkəmləndirilməsi üçün əvəzsizdir.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dəyişən dünyada fərqli mədəniyyətlərin bir-birini anlaması və qarşılıqlı dialoq qurması yalnız xalqlar arasında sülhün qorunması üçün deyil, həm də elmi və mədəni tərəqqi üçün mühüm əhəmiyyət kəsb edir. “Məhz buna görə də belə forumlar tez-tez keçirilməlidir, çünki bu cür tədbirlər ölkələrimiz arasında mədəni mübadiləni təşviq edir. Mədəni mübadilə lazımdır, bu, hamımızı zənginləşdirir”, - deyən İrek Zinnurov əminliklə bildirib ki, bugünkü forum qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yeni üfüqlər açacaq. Azərbaycan kimi zəngin mədəni irsə malik olan bir ölkədə bu cür tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır. Bu dialoq xalqların bir-birini daha yaxşı anlamasına və problemlərə birgə həll tapmasına kömək edir.

Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnov Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb. Bildirilib ki, Azərbaycan ilə Rusiya universitetləri arasında mövcud əməkdaşlıq təkcə elm və təhsil sahələrini deyil, eyni zamanda, mədəni əlaqələri də möhkəmləndirir. Bu forum tələbələrimiz və müəllimlərimiz üçün yeni imkanlar yaradır, gələcək əməkdaşlıq üçün yeni perspektivlər vəd edir. Biz həm Azərbaycan, həm də Rusiya cəmiyyətləri arasında bu dialoqu daha da genişləndirmək üçün səylərimizi davam etdirəcəyik.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Qromıko və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Mark Entin müasir dövrdə mədəniyyətlərarası dialoqun elmi aspektlərini müzakirə edərək müxtəlif xalqların birgə yaşama mədəniyyətinin gücləndirilməsinin qlobal əhəmiyyətindən söz açıblar. Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafında mədəniyyətin vacib rolunu vurğulayan natiqlər bu əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinin vacibliyini qeyd ediblər. Beynəlxalq forumun əhəmiyyətindən danışan natiqlər gələcək elmi, mədəni əlaqələrin inkişafı, xarici əlaqələrin qurulması, tərəfdaşlıq münasibətlərinin yeni mərhələləri haqqında məlumat veriblər. Bildirilib ki, müasir dövrdə mədəniyyətlər sürətlə dəyişir və daha da şaxələnir. Bu dəyişiklik və şəxələnmə prosesinin cəmiyyətlər üzərində böyük təsirləri olur. Mədəni müxtəliflik cəmiyyətin ən önəmli elementidir, çünki tarix boyu mədəni müxtəlifliklərin yaranmasına bir sıra amillər səbəb olub.

Beynəlxalq forum işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum dekabrın 5-nə kimi öz işini davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri