Icma.az
close
up
RU
525ci qəzet Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib

525ci qəzet Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib.

QMİ sədri bununla bağlı Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda 10-cu Yubiley Qlobal Forumunda çıxışı zamanı bildirib.

O, Yaxın Şərqdə və Ukraynada problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu söyləyib.

QMİ sədri günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırıb.

A.Paşazadə vurğulayıb ki, bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, planetimizin qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, BMT İqlim Dəyişikliklərinə dair qlobal COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.

Şeyxülislam 200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb. Bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

A.Paşazadə qeyd edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq. ("Report")

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see180

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri