Icma.az
close
up
RU
525ci qəzet Almaniyada kərə yağı rekord həddə bahalaşıb

525ci qəzet Almaniyada kərə yağı rekord həddə bahalaşıb

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyada kərə yağı rekord həddə bahalaşıb. Bununla əlaqədar olaraq isə digər məhsulların, xüsusilə şirniyyatların qiymətləri artıb.

525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, kərə yağının istifadə olunduğu bəzi çörək növləri də bahalaşıb. Məlumata görə, Almaniyada kərə yağının qiyməti ötən payızla müqayisədə orta hesabla 40 faiz artaraq 2022-ci ilin əvvəlki rekordunu qırıb.

Qiymət artımı bir neçə səbəblə bağlıdır. Almaniyada son vaxtlar südçülük təsərrüfatlarının sayı azalır, süd istehsalının həcmi və yağlılığı azalır. Nəticədə, pendir, yağ və digər yağlı süd məhsullarının istehsalı üçün kifayət qədər xammal yoxdur. Bundan əlavə, ötən ilin yayında ölkənin bir çox rayonlarında inək və digər heyvanlara təsir edən virus yayılıb, eyni zamanda, quraqlıq yemin keyfiyyətinə mənfi təsir göstərib və süd istehsalının həcminin, yağlılığının daha da azalmasına səbəb olub.  Əlavə amillər ümumi inflyasiya və ucuz idxal imkanlarının olmamasıdır.

Kənd təsərrüfatı sektorunda qeyri-müəyyənlik səbəbindən getdikcə daha çox şirkət bu sektoru tərk edir. Ekspertlərə görə, artan ekoloji tələblər məhsuldarlığın azalmasına, yem istehsalının keyfiyyətinin və həcminin aşağı düşməsinə, nəticədə mal-qaranın sayının azalmasına gətirib çıxarır. Ona görə də fermerlər əmindirlər ki, kərə yağının qiyməti bundan sonra da artacaq.

Alman qənnadı istehsalçıları da tendensiyanın geri dönəcəyinə ümid etmirlər və öz məhsullarının qiymətlərini artırırlar.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri