525ci qəzet Avtomobili səkidəki insanların üzərinə sürdü 4 nəfər yaralandı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərənin paytaxtı Londonda 31 yaşlı kişinin avtomobilini səkidə gedən insanların üzərinə sürməsi nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, London Metropol Polisinin verdiyi açıqlamada bildirilib ki, bir şəxs avtomobili şəhərin məşhur Shaftesbury küçəsində əks istiqamətə çıxararaq səki ilə gedən piyadaların üzərinə sürüb.
Açıqlamada biri ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib.
Polis məmuru Stuart Cundy açıqlamasında, avtomobilin 31 yaşlı sürücüsünün adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanıldığını ifadə edərək: "Polis əməkdaşları hadisəyə tez reaksiya verib və sürücünü bir neçə dəqiqə ərzində yaxalayıblar", - deyib.
Malik Atilay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Dekabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















