525ci qəzet Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanıb.
525.az xəbər verir ki, qrossmeyster buna Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla nail olub.
11 turun nəticələrinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni məhz R.Məmmədov göstərib. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.
Baxış sayı:61
Bu xəbər 20 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















