525ci qəzet Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOMun baş katibi ilə danışıqlar aparıb
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə müzakirələr aparıb.
525.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib. Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb", - paylaşımda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















