525ci qəzet Barselonadan rəsmi açıqlama
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona" zədəli futbolçusu İniqo Martinesin durumunu açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu gün tibbi müayinədən keçən futbolçunun sağ dizində problem aşkarlanıb.
Qeyd edək ki, İniqo Martines "Real"a 5:2 hesabı ilə qalib gəldikləri İspaniya Superkubokunun final matçında zədə almışdı.

