525ci qəzet BDU “İnterdisiplinar elm reytinqi”ndə dünya üzrə TOP250də yer alıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar elm reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb.
Universitetdən 525.az-a bildirilib ki, THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın yalnız 750-dək ən yaxşı ali təhsil müəssisəsinin daxil ola bildiyi bu mühüm reytinqdə BDU 201-250 diapazonunda qərarlaşıb.
“İnterdisiplinar elm reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır. TOP-250-də yer alması BDU-nun müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsi kimi böyük əhəmiyyət kəsb edir.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 21 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















