525ci qəzet Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bərdədə 4 kiloqram marixuana aşkarlanıb.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
30 Noyabr 2024 10:41

