Icma.az
close
up
RU
525ci qəzet Bitkoin niyə bahalaşır?

525ci qəzet Bitkoin niyə bahalaşır?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xeyli müddətdir ki, kriptovalyuta və ya virtual (rəqəmsal) valyuta kimi tanıdığımız Bitkoinin qiymətində kəskin artım müşahidə olunur. Bitkoin kriptovalyutasının qiyməti tarixində ilk dəfə 79 min dolları keçib.

Dünya bazarlarında ən dəyərli kriptovalyuta Bitkoin hesab olunur. Bitkoin hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ölkələrin pul vahidi ilə alınıb satılan, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Bitkoin 1,75 trilyon dollarlıq bazar dəyəri ilə "gümüş"ü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib. Bitkoin son günlər isə daha sürətlə dəyər qazanıb.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Tramp öz çıxışlarında bitkoinin və ümumiyyətlə, koinlərin gələcəkdə ABŞ tərəfindən leqal ödəniş vasitəsi kimi qəbul ediləcəyini söyləmişdi. Ona görə də Trampın qələbəsindən sonra bitkoinin qiymətinin qalxması təbiidir: "Bitkoin hazırda iqtisadi əsaslara görə artmır. Sadəcə xəbər axını, spekulyasiya və ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ajiotaj yaratdı, bu da bitkoinin qiymətinin qalxmasına səbəb oldu. Çox güman ki, Tramp hakimiyyəti dövründə ABŞ-də koinin tənzimlənməsiylə bağlı qanunlar qəbul ediləcək".

Natiq Cəfərlinin sözlərinə görə, bu, özlüyündə yeni bir format da gətirə bilər: "Çünki bitkoini cəlbedici edən gizlilik idi. Bundan hamı istifadə edirdi. Məsələn, Rusiyanın sanksiyalardan yan keçməsində koinlərdən istifadə edilir. Bundan başqa, narkotacirlər də koinlərdən istifadə edirlər. Çünki onların anonimliyi qorunur. Əgər koinlər dövlət tərəfindən tənzimlənsə və anonimlik qorunmasa, bu, onun cəlbediciliyini xeyli dərəcədə aşağı salacaq. Çünki məsələyə qlobal baxsaq, bitkoin özü ABŞ dolları üçün təhdiddir".

İqtisadçı qeyd edib ki, Trampın əsas qayələrindən biri ABŞ dollarının itirilmiş nüfuzunu yenidən bərpa etməkdir: "Burada maraqların toqquşması var. Ona görə də, hələlik bu ajiotaj çərçivəsində bitkoinin qiyməti hətta 100000 dolları da keçə bilər. Ancaq dediyim kimi, bunun heç bir iqtisadi əsası yoxdur. Əgər koinlər anonimliyi aradan qaldırılmış bir ödəniş vasitəsinə çevrilsə, onun cəlbediciliyi itəcək və o zaman koinlərə indiki kimi təlabat olacaqmı? Bu, ciddi sual doğurur".

Onun dediyinə görə, yaxın aylarda da bitkoinin yüksəlişi davam edə bilər: "Ancaq ABŞ-də qəbul olunacaq qanunlardan çox şey asılıdır. Əgər qanunlar anonimliyin aradan qaldırılması və dövlət tərəfindən tənzimlənməsi yolunda olacaqsa, bitkoin və digər koinlərə marağın azalacağını düşünürəm".

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, hazırda müşahidə olunan bahalaşma prosesi bir müddət davam edəcək. Amma Tramp administrasiyasının qərarlarının bitkoinə təsiri nə qədər güclü olsa da, dünya iqtisadiyyatında baş verən proseslər öz təsirini göstərəcək: "Nəzərə almaq lazımdır ki, bitkoin və bu tip kriptovalyutaların qiymətləri xeyli dərəcədə konyuktur amillərə bağlıdır. Ona görə də dayanıqlı şəkildə bitkoinin qiymətinin artması proqnozunu vermək olduqca çətindir".

Ekspert hesab edir ki, bir müddət sonra bitkoinin qiymətində ucuzlaşma müşahidə oluna bilər. Çünki kriptovalyutalara tələbat spekulyativ amillərlə bağlıdır: "Bu da həmin kriptovalyutalarla bağlı hansısa dayanıqlılığın deyil, müvafiq dalğalarla dəyişən dinamikanın olmasını şərtləndirəcək. Daha uzunmüddətli perspektivdə təbii olaraq həmin valyutalara olan tələb də onların qiyməti də təlatümlü olacaq. Dayanıqlı trendlərin olmasını proqnozlaşdırmıram".

İqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Bitkoin kriptovalyutasının qiyməti ABŞ-dəki prezident seçkilərinin nəticəsindən sonra özünü göstərməyə başladı. Kriptovalyutanın birdən-birə fantastik dəyərə minməsi əsasən dünya bazarlarında, fond birjalarında qeyri-müəyyən vəziyyətlə əlaqədardır: "Dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyən idi. Qızılın qiymətinin kəskin bahalaşması, investorların qızıla meyl etməsi, dünyanın aparıcı valyutaları arasındakı rəqabətin kəskinləşməsi fonunda əsas diqqət ABŞ seçkilərinə yönəlmişdi və kimin qalib gələcəyi diqqət mərkəzində idi. Seçkinin yekununda investorların kriptovalyutaya meyl etməsi onun bahalaşmasına səbəb oldu. Fikir versəniz, son dövrlərdə qızılın qiyməti artıq bahalaşmağa yox, nisbətən ucuzlaşmağa doğru gedir. Qızılın ucuzlaşıb, dolların bahalaşması fonunda Bitkoinin bahalaşması təbii hal hesab olunsa da, bunu müvəqqəti hal hesab edirəm. Riskli bir tendensiyadır. Ona görə ki, artıq son açıqlanan statistikada Bitkoinin ucuzlaşmağa doğru getməsi faktı qeydə alınıb. Bu isə artıq spekulyasiyadır".

Səhm və kripto bazarı üzrə ekspert Orxan Qasımovun  sözlərinə əsasən, Trampın ABŞ prezidenti seçilməsi fonunda FED uçot dərəcəsini azaltdı ki, bu da ölkə iqtisadiyyatının canlanmasına səbəb olacaq: "Tramp biznesmen olduğu üçün biznesi canlandırmağa daha çox səy göstərir. O, ölkə iqtisadiyyatının inkişafını biznesi canlandırmaqda görür. Eyni zamanda, FED-in uçot dərəcəsini azaltması isə inflyasiyanın baş verməsinə səbəb ola bilər".

O.Qasımov bildirib ki, Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra qızılın ucuzlaşmasına bir qədər fərqli aspektdən baxmaq lazımdır: "Adətən FED uçot dərəcəsini azaldanda qızıla maraq artdığı üçün qızılın qiyməti qalxır. FED uçot dərəcəsini artıranda isə investorlar daha çox stabil bank istiqrazlarına, şirkət səhmlərinə meyllənirlər. İndi isə əksinə baş verib. FED uçot dərəcəsini azaldıb, amma qızılın qiyməti azalıb. Qızılın qiymətinin azalması iki səbəbdəndir: birincisi, FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etməmişdən əvvəl müəyyən qurumlar tərəfindən FED-in qərarı proqnozlaşdırılır, investorlar isə investisiyaların faizini artırırlar. Belə olan halda, FED uçot dərəcəsini artıranda iqtisadiyyata təsirini göstərmir. Buna investorların investisiya iştahı deyirlər. İkincisi, Bitkoinin qiymətinin artmasıdır. Bitkoin dedikdə bütün altkoinlərlə birlikdə kripto pul dünyası nəzərdə tutulur. İstənilən qlobal fiqur Bitkoinin qiymətinə təsir edir. Tramp da kripto pulları dəstəklədiyi üçün hakimiyyətə gəldikdən sonra Bitkoinin qiymətində artım baş verdi, amma bu, müvəqqəti artımdır. Bitkoinin artması və azalmasına başqa səbəblər təsir etməsə, artımın dalınca azalma - yəni korreksiya gəlir. Hazırda istifadə etdiyim kriptovalyutalarda çox böyük bir artım baş vermədi. Düzdür, bu, tarixi maksimum kimi qiymətləndirilə bilər, amma kiçik bir artım oldu, sonra yenidən korreksiyaya getməyə başlayacaq. Bu korreksiyanın fonunda Bitkoin növbəti onu həyəcanlandıracaq xəbəri gözləyir. Bu xəbər baş versə, Bitkoin yenidən bahalaşacaq, baş verməsə, ucuzlaşma ehtimalı yüksəkdir".

Ekspert qeyd edib ki, kriptovalyuta nə qədər qazanclı olsa da, o qədər də risklidir: "Risk amili daim qazanc amilindən çoxdur. Kripto pulları dərindən analiz etməyən insanlar daim burada pul itirməyə məhkumdurlar. "Pulum var yatırım edim" deyən insanlar burada pullarını itirəcələr. Yəni kriptoya yatırım etmək risklidir və bu risk bazarında ancaq bu sahəni çox dərindən bilən insanlar pul qazanmaq şansına malikdirlər. Kriptovalyutaya yatırım etmədən öncə kripto pulların öyrənilməsinə xərc qoymaq, kurslara getmək və ya doğru insanlardan öyrənmək daha məqsədəuyğundur. Bundan sonra qərar vermək daha rahat olar".

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, gələcəkdə kriptovalyuta bazarına gətirilən tənzimləmələr Bitkoin də daxil olmaqla, valyutaların qiymətlərinin dəyərsizləşməsinə səbəb ola bilər: "İlk olaraq onu bildirim ki, son dövrlərdə Bitkoin bazarının kapitallaşması ilə bağlı bir neçə iri şirkət tərəfindən böyük yatırımlar edildi. Bu da Bitkoin bazarının aktivləşməsinə və məhdud sayda Bitkoin olan bazarda qiymətlərin bahalaşmasına gətirib çıxardı. Lakin hazırda aparılan müzakirələrdən onu görmək olur ki, bu bahalaşma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı investorlarda yaranan şübhələrdən də qaynaqlanan bir davranışın nəticəsidir. Xüsusilə də İran körfəzi regionunda baş verənlər, Rusiya-Ukrayna savaşının davam etməsi, eyni zamanda, qlobal dəyər zəncirində çatların ortaya çıxması, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini il ərzində artırması, həmçinin Çinin Taylanda hücum riskləri hazırda qlobal investorların dəyərləndirdiyi məqamlardır. Bütün bunlar qlobal iqtisadiyyatın artımı üçün təhlükə olaraq qiymətləndirilir və belə olduğu təqdirdə ehtimal edilir ki, artıq Bitkoin bazarına investisiya axını sürətlənir. Ancaq bu prosesin hansı mərhələyə kimi davam edəcəyi dəqiq proqnozlaşdırılmır. Texniki analizlər Bitkoin qiymətinin hətta 100 min dollar həddini keçəcəyini də söyləməyə əsas yaradır. Amma nəzərə almaq lazımdır ki, bu məsələdə bizim yerli investorlar kifayət qədər ehtiyatlı olmalıdır. Çünki bu bazarda volantillik çox yüksəkdir. Kriptovalyuta bazarının necə tənzimlənəcəyi də tam aydın deyil və bu istiqamətdə Mərkəzi banklar tərəfindən ciddi təşəbbüslər var. Gələcəkdə kriptovalyuta bazarına gətirilən tənzimləmələr Bitkoin də daxil olmaqla, valyutaların qiymətlərinin dəyərsizləşməsinə səbəb ola bilər. Bazarın kapitallaşmasında illeqal dövriyyə vəsaitlərinin olduğu ehtimal edilir. Bu, müəyyən izlənmələrdən yayınmağa çalışan tərəflər arasında bir alət kimi istifadə olunur. Tənzimləmələr bunu məhdudlaşdırarsa, buradan böyük kapital axını baş verə bilər. Bu da kriptovalyutanın ucuzlaşmasına və bizim investorların zərər görmələri ilə nəticələnər".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see154

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see119

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see119

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see114

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see114

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see113

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see112

McLaren 750S in xüsusi versiyası buraxılacaq

03 İyun 2025 02:13see112

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see111

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see111

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri