525ci qəzet Britaniyalı ekspert Almaniyadakı iqtisadi böhranın səbəblərini açıqlayıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Almaniyadakı iqtisadi böhran üç fundamental problemlə, o cümlədən bütün Avropa iqtisadiyyatının durğunluğu ilə bağlıdır.
525.az xəbər verir ki, bu barədə britaniyalı analitik Aleksandr Merkuris bildirib.
“Birincisi, ötən 30 ildə Avropada yaradılmış bütün iqtisadi inteqrasiya sistemi son vaxtlara qədər Almaniyanın xeyrinə olub. Amma indi gördüyümüz Avropa iqtisadiyyatını bürümüş və nəhayət Avropanın mərkəzinə – Almaniya və Fransaya çatmış sabit durğunluq və hərəkətsizlik prosesidir”, - eksert deyib.
Onun fikrincə, ikinci problemi Almaniyanın Rusiyadan ucuz, etibarlı və stabil qaz tədarükünü kəsmək qərarı, üçüncü problemi isə Almaniyanın özündə çoxdan mövcud olan iqtisadi durğunluqdur.
Analitikə görə, nəticələri əvvəlcədən hesablanmayan bahalı “yaşıl siyasət”in yanlış qəbul edilməsi səbəbindən Almaniya yeni istehsal və texnologiyalar yarada bilmir. Merkuris Almaniya hökumətinin büdcə kəsirləri səbəbindən çökdüyünə və ölkədə yeni seçkilərin keçirilməli olduğuna diqqət çəkib. Eyni zamanda, hazırda Almaniyada partiya liderlərinin heç birinin iqtisadi böhrandan necə çıxacağı ilə bağlı planının olmadığını vurğulayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















