525ci qəzet Bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq Yaşar Gülər
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Türkiyə daim dostlarının yanındadır. Bu çərçivədə, ilk növbədə, can qardaşımız Azərbaycanın hər zaman yanında olduq və olmağa davam edirik".
525.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin 2025-ci il büdcəsinin müzakirə edildiyi TBMM Plan və Büdcə Komissiyasında qurumun fəaliyyətləri ilə bağlı təqdimat keçirərkən deyib.
Nazir Qafqazda regional sülh və sabitliyin Azərbaycan-Ermənistan arasında imzalanacaq hərtərəfli sülh müqaviləsi ilə təmin olunacağını vurğulayıb.
"Bu məsələdə iki ölkənin göstərdiyi səyləri və son dövrdə əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da "bir millət, iki dövlət" anlayışı ilə hər zaman can Azərbaycanın yanında olacağıq", - Y.Gülər qeyd edib.
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















