Icma.az
close
up
RU

525ci qəzet Ceyhun Bayramov ÜSTnin Avropa üzrə regional direktoru ilə görüşüb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Noyabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.

Bu barədə 525.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub. Ölkəmizin ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi istiqamətində aparılan birgə fəaliyyətin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Pandemiya dövründə ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə sahəsində beynəlxalq səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi, xüsusilə vaksinlərə əlçatanlığın təmin olunması baxımından təşəbbüslərinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması xüsusilə vurğulanıb.

Tibb və sağlamlıq sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin, xüsusilə tibb universitetləri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Azərbaycan və ÜST tərəfindən həyata keçirilən birgə layihələr, xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə psixoloji sağlamlıq xidmətlərinin göstərilməsinə dəstək istiqamətli təşəbbüslərin əhəmiyyətindən bəhs olunub. Bununla yanaşı, post-münaqişə reabilitasiya dövründə mina təhdidi ilə mübarizə sahəsində səhiyyənin roluna və bu istiqamətdə əməkdaşlığın vacibliyinə vurğu edilib.

Nazir Ceyhun Bayramov həmçinin ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. COP29-un ilk günündə sessiyanın gündəliyinin təsdiqi, Paris Sazişinin 6.4 və 6.8-ci maddələrinin razılaşdırılması, maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması, habelə İtki və Zərərə cavab verən Fondun fəaliyyət üçün tam hazır olması ilə bağlı qəbul olunan mühüm qərarlar xüsusilə vurğulanıb.

İqlim dəyişikliyi və sağlamlıq mövzuları arasında mövcud üzvi əlaqəni nəzərə alaraq, bu istiqamətdə sədrliyimiz çərçivəsində ÜST ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri