525ci qəzet Çili Venesueladakı səfirinin missiyasını dayandırıb
Çili hökuməti ölkələr arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Venesueladakı səfiri Xaime Qasmurinin missiyasını dayandırmaq qərarına gəlib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Çili Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu addım Nikolas Maduronun Venesuelada yanvarın 10-dan sonra da prezident vəzifəsini davam etdirəcəyi ilə bağlı bəyanatı ilə bağlıdır.
Qeyd edək ki, Çili hakimiyyəti bu seçkilərin nəticələrini tanımır.
Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Nikolas Maduro 51,2% səslə seçkilərdə qalib gəlib. Çili də daxil olmaqla bir sıra ölkələr seçkinin nəticələrini tanımadığını elan edib. 2024-cü ilin avqustunda çilili diplomatlar Venesueladan qovulub.