525ci qəzet Çin ABŞın yeni ticariiqtisadi komandası ilə təmaslara açıqdır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Çin Xalq Respublikası (ÇXR) ABŞ-ın yeni administrasiyasının ticarət və iqtisadi komandası ilə təmaslara və qarşılıqlı fəaliyyətə açıqdır.
525.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin açıqlamasında vurğulanıb.
Açıqlamada deyilir ki, Çin tərəfi ikitərəfli kommunikasiya və mübadilə mexanizmi vasitəsilə ABŞ Ticarət Nazirliyi ilə sıx əlaqəni dəstəkləyir: “Çin birtərəfli əlavə tariflərin tətbiqinə qarşı olmaqla yanaşı, ABŞ ilə dialoqu və koordinasiyanı gücləndirməyə, fikir ayrılıqlarını düzgün həll etməyə və qarşılıqlı hörmət, qarşılıqlı fayda, dinc yanaşı yaşama prinsiplərinə əsaslanan ikitərəfli iqtisadi və ticarət əlaqələrinin davamlı və uzunmüddətli inkişafını təmin etməyə hazırdır”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 12 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















