Icma.az
close
up
RU
525ci qəzet Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

525ci qəzet Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start verilib.

525.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Bildirilib ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.

Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə - yazılı imtahan və müsahibə mərhələsində keçiriləcək. Müsabiqənin yazılı imtahan mərhələsində namizədlər test və esse yazı imtahanında iştirak edəcəklər. Test üsulu ilə keçiriləcək ilk hissədə iştirakçılara pedaqogika və metodika üzrə 20, idarəetmə və hüquqi baza, təhsil qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər biri 10 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanını uğurla başa vuran namizədlər esse yazı imtahanına dəvət ediləcək. Burada tələb olunan balı toplayan namizədlər son mərhələ olan müsahibə mərhələsinə keçid hüququ qazanacaqlar. Müsahibə mərhələsində namizədlərin emosional intellekti, kommunikasiya və komanda qurma bacarıqları, təqdimetmə, liderlik və problem həll etmə qabiliyyətləri qiymətləndiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri