525ci qəzet Dünyanın ən hündür və ən balaca qadınları Londonda görüşdülər
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən hündür və ən balaca qadınları - türkiyəli veb-dizaynerlə hindistanlı blogger Londonda görüşüblər və kofe içə-içə bir xeyli söhbətləşiblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ginnesin rekordlar kitabının rəsmi saytı məlumat yayıb.
215,16 sm boyu olan türkiyəli Rumeysa Gelgi dünyada ən hündürboy qadın kimi Ginnesin rekordlar kitabına düşüb. Bundan başqa o, planetin ən böyük əllərə, kürəyə və qulaqlara sahib olan qadınıdır. 27 yaşlı Rumeysa boyun sürətlə böyüməsi və sümüklərin deformasiyaya uğraması ilə nəticələnən xəstəlikdən - Uiver sindromundan əziyyət çəkir.
Hindistanlı Coti Amci isə 62.8 sm göstərici ilə ən bəstəboy qadın kimi dünya rekorduna sahibdir. 30 yaşlı Cotinin diaqnozu isə sümüklərin böyüməsinin qarşısını alan axondroplaziyadır.
Qeyd edək ki, Rumeysa və Coti Londonun mərkəzində yerləşən "Savoy" otelində görüşüblər. Ciddi boy fərqinə rəğmən, xeyli söhbət edən qadınların hər ikisi görüşdən məmnun qalıb.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 23 Noyabr 2024 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















